Tovuzda küçədə hamilə S.Məmmədlini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Xəzri.info-nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən qadının qardaşı Ə.Məmmədzadə polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
Vəziyyətinin ağır olduğu bildirilir. Araşdırmalar davam etdirilir.
Tovuzda hamilə qadın bıçaqlı hücuma məruz qalıb.
Xəzri.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayondakı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, bıçaqlanan qadın hamilə olub. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


