Xəzri Xəbər İnformasiya Portalı
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə
No Result
View All Result
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə
No Result
View All Result
Xəzri Xəbər İnformasiya Portalı

Bu gün Bakının bir çox ərazisi işıqsız qalacaq

Xalid Rasulov Redaktordan Xalid Rasulov
28 Oktyabr 2026
in Cəmiyyət
0 0
0

Oktyabrın 28-də Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

Xəzri.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərindəki bir sıra transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nə daxil olan 6 kV-luq hava xəttində təmir işləri görüləcək. Həmçinin Qaradağ RETSİ-nin ərazisində yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.

Təmir işləri ilə əlaqədar aşağıdakı ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq:

– Yasamal rayonu: Saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, Azərbaycan prospektində, eləcə də Yeni Yasamalın 1 və 2-ci yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

– Nəsimi rayonu: Saat 10:00-dan 12:00-dək Rasim Səfərov küçəsində və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

– Sabunçu rayonu: Saat 10:00-dan 14:00-dək Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

– Qaradağ rayonu: Saat 10:00-dan 13:00-dək Lökbatan qəsəbəsinin 1-ci və 2-ci massivlərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Qeyd edilib ki, təmir və quraşdırma işləri elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədi daşıyır.

Öncəki məqalə

TƏBİB-in yeni rəhbəri məlum oldu – Özəl

Next Post

Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alan var

Xalid Rasulov

Xalid Rasulov

2020 ci il fevral ayının 23də "Xəzri.info" saytını yaratdıq.Sosial platformalarda cəmiyyətə və dövlətə doğru dürüst məlumat çatdırmaq öhdəliyini üzərimizə götürüb yola çıxdıq.

Next Post
Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alan var

Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alan var

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəzri Xəbər İnformasiya Portalı

Xəzri.info Xəbər Portalı olaraq 2020-ci ildən etibarən izləyicilərimizə ən son şəffaf xəbərləri çatdırırıq.
Sayt rəhbərliyi: Rasulov Xalid Bəhlul oğlu
Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Sosial şəbəkələrdə bizi izləyin

Xəbər başlıqları

  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Hadisə
  • İKT
  • İqtisadiyyat
  • Kateqoriyasız
  • Mədəniyyət
  • Ordu
  • Siyasət

Ən son xəbərlər

Hamilə qadın “ASAN xidmət”in qarşısında bıçaqlandı: Qardaşı saxlanıldı

Hamilə qadın “ASAN xidmət”in qarşısında bıçaqlandı: Qardaşı saxlanıldı

13 Noyabr 2026
Göyçayda Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.FOTO

Göyçayda Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.FOTO

08 Noyabr 2026

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

No Result
View All Result
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə

© 2026

Not enough quota to unlock this post
Unlock left : 0
Are you sure want to cancel subscription?