Xəzri Xəbər İnformasiya Portalı
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə
No Result
View All Result
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə
No Result
View All Result
Xəzri Xəbər İnformasiya Portalı

“Əziz qardaşım” – Mirziyoyevdən İlham Əliyevə Zəfər Günü məktubu

Xalid Rasulov Redaktordan Xalid Rasulov
05 Noyabr 2026
in Siyasət
0 0
0

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Xəzri.info xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Dəyərli qardaşım.

Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Sizi – əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin müdrik və ardıcıl siyasətiniz, yüksək rəhbərlik məharətiniz və Vətənin taleyi naminə göstərdiyiniz əsl fədakarlıq sayəsində Azərbaycan xalqının çoxəsrlik arzu və istəkləri altı il bundan əvvəl tam gerçəkləşərək tarixi ədalətin bərpası və dövlətin ərazi bütövlüyünün təmin edilməsi kimi möhtəşəm nəticələr əldə olundu.

Ölkənin siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi istiqamətində göstərdiyiniz böyük səylər, həmçinin Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və mətanət bu tarixi Qələbənin mühüm amilləri oldu.

Şübhəsiz ki, bu möhtəşəm bayram ölkənizin sülh və əmin-amanlıq, sabitlik və ardıcıl tərəqqi yolunda irəliləməsinə, gələcək nəsillərin vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu il Bakı, Daşkənd və Buxara şəhərlərində Sizinlə keçirdiyimiz bir sıra önəmli görüşlər, səmərəli danışıqlar və əldə olunmuş mühüm razılaşmalar çoxşaxəli münasibətlərimizin tarixində yeni səhifə açmışdır.

Xüsusilə, Əbədi Dostluq haqqında Müqavilənin imzalanması ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi istiqamətində mühüm praktiki addım olmuşdur.

Əminəm ki, birgə səylərimiz nəticəsində qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimiz gələcəkdə də tarixən yaxın və qardaş xalqlarımızın ümumi rifahı naminə, mövcud böyük potensialımıza uyğun olaraq ardıcıl şəkildə dərinləşməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram”.

Öncəki məqalə

Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?

Next Post

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər – Foto

Xalid Rasulov

Xalid Rasulov

2020 ci il fevral ayının 23də "Xəzri.info" saytını yaratdıq.Sosial platformalarda cəmiyyətə və dövlətə doğru dürüst məlumat çatdırmaq öhdəliyini üzərimizə götürüb yola çıxdıq.

Next Post
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər – Foto

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - Foto

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəzri Xəbər İnformasiya Portalı

Xəzri.info Xəbər Portalı olaraq 2020-ci ildən etibarən izləyicilərimizə ən son şəffaf xəbərləri çatdırırıq.
Sayt rəhbərliyi: Rasulov Xalid Bəhlul oğlu
Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Sosial şəbəkələrdə bizi izləyin

Xəbər başlıqları

  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Hadisə
  • İKT
  • İqtisadiyyat
  • Kateqoriyasız
  • Mədəniyyət
  • Ordu
  • Siyasət

Ən son xəbərlər

Hamilə qadın “ASAN xidmət”in qarşısında bıçaqlandı: Qardaşı saxlanıldı

Hamilə qadın “ASAN xidmət”in qarşısında bıçaqlandı: Qardaşı saxlanıldı

13 Noyabr 2026
Göyçayda Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.FOTO

Göyçayda Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.FOTO

08 Noyabr 2026

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

No Result
View All Result
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə

© 2026

Not enough quota to unlock this post
Unlock left : 0
Are you sure want to cancel subscription?