Xəzri Xəbər İnformasiya Portalı
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə
No Result
View All Result
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə
No Result
View All Result
Xəzri Xəbər İnformasiya Portalı

Prezident Tokayevi Respublika Günü münasibətilə təbrik etdi

Xalid Rasulov Redaktordan Xalid Rasulov
25 Oktyabr 2026
in Dünya
0 0
0

Xəzri.info  xəbər verir ki, məktubda deyilir.

“Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu gün Qazaxıstan Respublikası Sizin yürütdüyünüz düşünülmüş siyasət nəticəsində hərtərəfli inkişaf edərək bütün sahələrdə nailiyyətlər əldə etmiş, iqtisadi potensialını gücləndirmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qazaxıstanın ildən-ilə yeni uğurlara imza atmasının şahidi olmaqdan, uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik.

Müntəzəm qarşılıqlı səfərlərimiz, görüşlərimiz, ali səviyyədə fəal dialoqumuz ikitərəfli münasibətlərimizin daha sürətlə inkişafında, strateji tərəfdaşlığımızın, habelə müttəfiqliyimizin möhkəmlənməsində və yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda AQEM-in 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirirəm.

Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələri birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Öncəki məqalə

Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – Foto

Next Post

DEPUTATIN OĞLU QƏTL TÖRƏDİB? – YENİ FAKTLAR!

Xalid Rasulov

Xalid Rasulov

2020 ci il fevral ayının 23də "Xəzri.info" saytını yaratdıq.Sosial platformalarda cəmiyyətə və dövlətə doğru dürüst məlumat çatdırmaq öhdəliyini üzərimizə götürüb yola çıxdıq.

Next Post
DEPUTATIN OĞLU QƏTL TÖRƏDİB? – YENİ FAKTLAR!

DEPUTATIN OĞLU QƏTL TÖRƏDİB? - YENİ FAKTLAR!

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəzri Xəbər İnformasiya Portalı

Xəzri.info Xəbər Portalı olaraq 2020-ci ildən etibarən izləyicilərimizə ən son şəffaf xəbərləri çatdırırıq.
Sayt rəhbərliyi: Rasulov Xalid Bəhlul oğlu
Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Sosial şəbəkələrdə bizi izləyin

Xəbər başlıqları

  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Hadisə
  • İKT
  • İqtisadiyyat
  • Kateqoriyasız
  • Mədəniyyət
  • Ordu
  • Siyasət

Ən son xəbərlər

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

26 Oktyabr 2026
DEPUTATIN OĞLU QƏTL TÖRƏDİB? – YENİ FAKTLAR!

DEPUTATIN OĞLU QƏTL TÖRƏDİB? – YENİ FAKTLAR!

25 Oktyabr 2026

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

No Result
View All Result
  • Ana Səhifə
  • Haqqımızda
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Siyasət
  • Mədəniyyət
  • Ordu
  • Kriminal
  • Xəzri TV
  • Əlaqə

© 2026

Not enough quota to unlock this post
Unlock left : 0
Are you sure want to cancel subscription?